text stringlengths 20 1.45M | source stringclasses 10
values |
|---|---|
Yazarlar Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətə... | ANL |
Sənət məbədimiz. AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ-75. Əvvəli ötən sayımızda. Bir qrup yazıçının bütün Azərbaycan yazıçılarına müraciəti çap olunur. Müraciətdə yazıçılar ittifaqı yaratmaq məsələsi irəli sürülür. Həmin müraciətdə deyilirdi: “Heyəti-mütəşəbbüsə”nin səyi və fəaliyyəti sayəsində artıq “Türk ədib və şairlər itti... | ANL |
Şuşa rayonu Malıbəyli kənd teatrının yaranmasından 100 il ötür. APA-nın məlumatına görə, bu münasibətlə dekabrın 15-də Sabunçu rayonu, Ramana-450 qəsəbəsi Malıbəyli kənd 1 saylı orta məktəbində yubiley mərasimi keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Günəş Hüseynova teatrın ilk tamaşanı – Sultan Məcid Qənizad... | ANL |
Filarmoniyada Beynəlxalq Şeir Gecəsi. MƏRASİM YAZIÇILAR BİRLİYİNİN YUBİLEYİ ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNUB. M.Maqomayev adına Dövlət Filarmoniyasında Yazıçılar Birliyinin 75 illik yubileyi çərçivəsində Beynəlxalq Şeir Gecəsi keçirilib. Tədbirin aparıcısı şair Fikrət Qoca yubiley tədbirlərinin davamı kimi keçirilən beynəlxa... | ANL |
Ramiz Əzizbəyli: “Sağlamlığa qovuşmağımda xidməti olan hər kəsə minnətdaram”. AĞIR XƏSTƏLİKLƏ MÜBARİZƏDƏN QALİB ÇIXAN TANINMIŞ SƏNƏTKAR TEZLİKLƏ TAM SAĞALIB YARADICILIĞA BAŞLAYACAĞINA İNANIR. Məlum olduğu kimi, bir müddət əvvəl xalq artisti, tanınmış kino xadimi Ramiz Əzizbəylinin səhhətində ciddi problemlər yaranmışdı... | ANL |
Vaqif Mustafazadənin vəfatının 30 illiyi qeyd olunub. Bakı Caz Mərkəzində (BCM) görkəmli Azərbaycan musiqiçisi, dünya şöhrətli caz ustası Vaqif Mustafazadənin vəfatının 30 illiyinə həsr edilmiş tədbir keçirilib. Gecə Mədəniyyət və Turizm Nazirliyinin və Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə gerçə... | ANL |
“Yazıçılar Birliyi milli dəyərlərin təbliğində müstəsna rol oynayıb”. “BU 75 İLDƏ BİRLİYİN ƏDƏBİ ORQANLARI MİLLİ MƏNLİYİMİZİN VƏ DİLİMİZİN KEŞİYİNDƏ DAYANIB”. Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Ədəbiyyat qəzeti”nin 75 illik yubileyi çərçivəsində növbəti tədbir keçirilib. Tədbird... | ANL |
Azərbaycanlı alimin kitabları Kazanda rusca nəşr edilib. Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hüseyn İsmayılovun “Azərbaycan aşıq sənəti. Göyçə mühiti” və “Rus ədəbiyyatı məsələləri Azərbaycan ədəbiyyatşünaslığında” kitabları Kazan şəhərində rus dilində işıq üzü ... | ANL |
Milli Konservatoriyada elmi-nəzəri konfrans. Milli Konservatoriyada keçirilən elmi-nəzəri konfrans konservatoriyanın Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Konservatoriyadan verilən məlumata görə, konfransı giriş sözü ilə təhsil ocağının elmi işlər üzrə prorektoru professor Vaqif Əbdülqasımov açıb və burada ... | ANL |
Əmir Pəhləvan: “Şərqdə hər bir yenilik insanları həyəcan içində saxlayır”. YAZIÇI-REJİSSOR 7 İL ƏVVƏL QƏLƏMƏ ALDIĞI BİR PYESİNİN QƏRİB SƏHNƏ TALEYİ BARƏDƏ DANIŞIB. Bu yaxınlarda yazıçı-rejissor Əmir Pəhləvanın pyesi əsasında hazırlanan, hələ geniş auditoriyaya təqdim olunmayan yeni bir tamaşasına baxdım. Qeyd edim ki, ... | ANL |
Mənim problemim var... MƏN TEZ-TEZ HƏQİQƏTİ SÖYLƏMƏYƏ BAŞLAMIŞAM. Məsələn: Qurban kəsmək nəyə və kimə lazımdır? Ciddi zərurət olmadan heyvanları – sağlam, “gümrah” qoyun, dana və dəvələri həyatlarından məhrum etmək kimin nəyinə gərəkdir? Doğrudanmı Allah bir zamanlar sədaqət əlaməti olaraq İbrahimdən oğlu İsmayılı qurb... | ANL |
Şirməmməd Hüseynovun 85 illik yubileyi qeyd edilib. Dünən Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuatımızın yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 85 yaşı tamam olub. Bu məqsədlə Bakı Dövlət Universitetində yığıncaq keçirilib. Tədbiri açıq elan edən Bakı Dövlət Universite... | ANL |
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq... | ANL |
Rəngkarlığın şahzadəsi. O, rəssamlıq tariximizə ilk rəngkar qadın kimi daxil olub. Sənət tariximizdə öz dərin izlərini qoyub gedib. Tanınmış rəssam kimi adı sənət aləmində böyük hörmətlə çəkilir, xatirəsi əziz tutulur. Vəcihə xanım xatirələrdə tayı-bərabəri olmayan, son dərəcə Nadir istedad sahibi olan bir rəssam, öz p... | ANL |
Müasir İncəsənət Muzeyində gənc fotoqrafların əsərləri sərgilənir. Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə Müasir İncəsənət Muzeyində 7 fotoqrafın əsərlərindən ibarət sərgi açılıb. Muzeydən verilən məlumata görə, sərginin açılış mərasimində tanınmış sənət adamları ilə yanaşı M.V.Lomonosov adına Moskva Dövlət Un... | ANL |
İki Akademik Şəxsiyyət: biri vardır, biri yox... “Mənim Azərbaycanlılarım” silsiləsindən. Biz maddi sərvətlərimizdən daha çox mənəvi sərvətlərimizi qorumalıyıq. Hər kəsin bu dünyada bir missiyası olur. Kamal Abdulla isə başqalarından fərqli olaraq iki iş üçün doğulub: birincisi elm, ikincisi ədəbiyyat. Mən daha çox iki... | ANL |
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin sayılıb-seçilən müəllimlərindən biri, alim-pedaqoq Akif Rüstəmov ömrünün 70-ci baharına qədəm qoyur. O, ömrünün 40 ildən çoxunu jurnalistika fakültəsinə həsr edib. “Məndə olan yaxşı nə varsa, universitet kollektivinə, xüsusilə də jurnalistika fakültəsinin əməkdaşlarına... | ANL |
Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl, ibtidai siniflərdə keçilən, əcayib şəkillər və mətnlərlə dolu “ƏLİFBA” dərsliyi haqqında yazdığım “Qorxulu Əlifba”, daha bir il sonra “Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi” başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara “dərslik” demək mümkün ... | ANL |
Səttar Bəhlulzadənin 100 illiyiylə bağlı konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyi Suraxanı Rayon İcra Hakimiyyətilə birgə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyilə əlaqədar elmi-praktiki konfrans keçirib. Nazirlikdən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə S.Bəhlulzadənin Əmircan qəsə... | ANL |
Görkəmli xanəndə Mütəllim Mütəllimovun 100 illiyi qeyd olunub. Dövlət Muğam Teatrında görkəmli xanəndə Mütəllim Mütəllimovun 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir mərhum xanəndənin lent yazısının səslənməsi ilə başlanılıb. Teatrın... | ANL |
Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada dahi rus şairi A.S.Puşkinin 210 illiyinə həsr olunmuş kitab sərgisi və bədii mərasim keçirilib. Nazirliyin nəşriyyat sektorunun müdiri şair Çingiz Əlioğlu Puşkin yaradıcılığının dünya ədəbi irsində tutduğu yüksək mövqedən ... | ANL |
Azərbaycanlı alim BMT-nin “Şərəf və Vicdan” ordeninə layiq görülüb. Bu günlərdə görkəmli patofizioloq alim, professor Sabir Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Mükafat Komitəsi tərəfindən elm və tədris sahəsində qazandığı böyük nailiyyətlərə görə Avropa “Şərəf və vicdan” ordeni ilə təltif edilib. B... | ANL |
“Cəhənnəmin kirayənişinləri”nin premyerası uğurla keçib. Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının səhnəsində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə xalq yazıçısı Elçinin “Cəhənnəmin kirayənişinləri” pyesi əsasında hazırlanan tamaşanın premyerası keçirilib. Əsərin mövzusu 1930-cu illər repressiyaları dövründ... | ANL |
Həmin gün dəqiq yadımdadır; O gün mən tələbəlik həyatına qədəm qoymuşdum. O vaxt Zeydulla Ağayev Xarici Dillər İnstitutunda “Bilik” qəzetinin redaktoru idi. Elə həmin gün redaksiyaya getdim, məni görən kimi soruşdu: – Yazı gətirmisən? Sizin kimi tələbələr bizə hava-su kimi lazımdır, Azərbaycanın gələcəyi sizsiniz... Be... | ANL |
Xalqın ömrünü yaşayan şair. Ən yüksək partiya, dövlət kürsülərindən deyilən söz bədii sözün qarşısında aciz idi. Bədii sözün ehtiva etdiyi ideyalar böyük bir ölkəni təlatümə gətirirdi. Sənətkar sözünün ictimai və fərdi qiymət ünvanını tapdığı bu illərdə həsəd doğuran ən böyük maddi və mənəvi sərvət tarixi dəyərləri də ... | ANL |
Günəş şüaları heç kəsə üstünlük vermir. ONUN ŞÜALARININ TƏSİRİ İSƏ ƏSASƏN BU NƏHƏNG GÖY CİSMİNİN ALTINDA OLAN HƏR KƏSİN TƏLƏBATLARINDAN VƏ NƏ QƏDƏR DÖZÜMLÜ OLMASINDAN ASILIDIR. Güman edirəm ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman k... | ANL |
Bakıda Avropa Şurasının 60 illiyi qeyd edilib. TƏDBİRDƏ DEYİLİB Kİ, AVROPA ŞURASI QARABAĞ MÜNAQİŞƏSİNDƏ OBYEKTİV MÖVQE TUTMUR. Dünən Bakıda Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Avropa Şurasının 60 illiyi münasibətilə konfrans keçirilib. Konfransı açan Qe... | ANL |
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq... | ANL |
“Xilaskar” gözlədiyimizdən də yüksək səviyyədə qarşılandı”. Bu haqda daha ətraflı məlumat almaq üçün teatrın direktoru İftixar Piriyevlə görüşdük. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı repertuar zənginliyi ilə həmişə diqqəti cəlb edib. İlk dəfə mən bu teatrın səhnəsində müqtədir sənətkarımız İlyas Ə... | ANL |
Bu gün Mahnı Teatrında mərhum şair Rəfiq Zəka Xəndanın 70 illiyi qeyd olunacaq. Dekabrın 23-də saat 17:00-da Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı Laureatı şair Rəfiq Zəka Xəndanın anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Mahnı Teatrında yubiley tədbiri keçiriləcək. Rəfiq Zəka Xəndan zəngin ədəbi i... | ANL |
“Dədələr yolu” göstərildi. Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illiyinə həsr olunmuş “Dədələr yolu” sənədli filminin ilk nümayişi keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev giriş sözü ilə çıxış edərək yenidən təmirdən çıxan bu mədəniyyət ocağına toplaşanları salamla... | ANL |
Xalq artisti Tariyel Qasımovun 70 illiyi qeyd edilib. Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti Tariyel Qasımovun anadan olmasının 70, yaradıcılığının 50 illik yubileyi qeyd edilib. Kinoda və teatr səhnəsində yaratdığı obrazlarla yaddaşlarda öz yerini tutan aktyor Tariyel Qasımovu yubilyarı təbrik etmək üçün səhnə... | ANL |
Nüfuzlu sərgilərə layiq əsərlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin foyesində açılmış təsviri sənət əsərlərinin sərgisinə gələnlər həm də burada fərqli bir mənzərənin şahidi olurdular. Ustalıqla düşünülmüş qrimin köməkliyi ilə Azərbaycan Rəssamlıq sənətinin fəxri Səttar Bəhlulzadəyə oxşadılmış tə... | ANL |
Yarım əsr əvvəlin kövrək söhbəti. NODAR DUMBADZE AZƏRBAYCANA XÜSUSİ RƏĞBƏTİLƏ SEÇİLƏN QÜDRƏTLİ QƏLƏM SAHİBİ İDİ. Hələ keçən yüzilliyin 80-ci illərindən başlayaraq xalqlar arasında ədəbi əlaqələrlə bağlı axtarışlar aparıram. Bu məqsədlə Tbilisidə, Sinandalidə, Telavidə, Zuqdididə olmuşam. Yaradıcılığına dərin hörmət bəs... | ANL |
Salman Qəmbərovun 50 illiyi Bəstəkarlar İttifaqında qeyd olunub. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış cazmen Salman Qəmbərovun 50 illik yubileyi qeyd edilib. Tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə Salman Qəmbərovu təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb. Yubilyar Salman Qəmbər... | ANL |
Filosof qadınlar YUNESKO-da. Müsahibimiz AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq institutunun aparıcı elmi işçisi, Şərq-Qərb Tədqiqat Mərkəzinin direktoru, AFSEA-nın “Fəlsəfə” jurnalının məsul katibi, fəlsəfə elmlər doktoru Könül Bünyadzadədir. – Könül xanım, siz bu yaxınlarda Parisdə YUNESKO-nun nəzdində yaradılmış Fil... | ANL |
Dünya Ədəbiyyatı Kitabxanasından növbəti 6 kitab təqdim olunub. Bugünlərdə 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasına (DƏK) daxil olan növbəti 6 kitabın təqdimatı keçirilib. Nəşrlər sırasına A.S.Puşkinin, Y.Əmrənin, Nazim Hikmətin seçilmiş əsərləri, L.Tolstoyun seçilmiş əsərlərinin birinci cildi, Daniel Defonun “Robinz... | ANL |
Müasir İran kinematoqrafiyasında uşaq filmləri, yaxud problemlərə uşaq obrazları vasitəsi ilə çıxış daha çox yer alır. Belə filmlərə baxdıqca onların qəhrəmanlarına rəğbət, sevgi, həmrəylik hissləri ilə yanaşı adamda bir həsəd hissi də yaranır ki, kaş bizdə də belə filmlər çəkilə idi. Daha doğrusu çəkilən filmlərə bu c... | ANL |
Ömrünün əlli sənəsini başa vurmuş istedadlı şair Ramiz Qusarçaylının yaşının üzərinə dekabrın 25-də bir il də əlavə olundu. Şairin həyatı üçün diqqət çəkən məqamlardan biri kimi belə bir ənənəvi yaş fürsətindən istifadə edərək onun mənalı və məzmunlu poeziyası haqqında bəzi düşüncələrimi oxucularla bölüşməyi qərara ald... | ANL |
Dünyanın ən şirin yuxuları və yaxud çin çıxmayan yuxular. Əvvəli ötən şənbə sayımızda. – Erkən yatağıma girib yatmışam. “Bir dəfə Amerikada”bədii filmindən. Məhv olmalıdır. (Doğrudur, bu quruluş dağılmağına dağıldı. Mən də bu quruluşa nifrət edirdim. Və bu nifrət, bu hisslər mənə atamdan keçmişdi. 5-6 yaşımdan atam mən... | ANL |
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq... | ANL |
Yasemin Bayer: “Sözlərlə xoşbəxt olur, sözlərlə hüzünlənirik”. Adı ədəbi mühitdə sıx-sıx hallanan, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Türkiyədə yorulmaz təbliğatçısı, hər dəfə Türkiyədən yeni bir proyektlə dönən, daim fərqli ideyalar irəli sürən Yasemin Bayerlə fəxri üzvü olduğu Atatürk Mərkəzində görüşdük. Yas... | ANL |
Vərəqlədim. İlk səhifələrdə “Qumru yumurtaları” adlı bir povest gözümə dəydi. Çox sevirəm bu quşları. Bəzən düşünürəm ki, keşkə insanlar da onlar qədər sadiq olalar bir-birlərinə. Müəllifi də bizim tanınmış yazıçımız, millət vəkili, çox sevdiyim Hüseynbala Mirələmov idi. Mən həmişə bu yazıçının yaradıcılığını izləmişəm... | ANL |
Şair Rəfiq Zəka Xəndanın xatirəsi anılıb. R.Behbudov adına Mahnı Teatrında şair Rəfiq Zəka Xəndanın 70 illik yubileyilə bağlı mərasim keçirilib. Xalq şairi Fikrət Qoca R.Z.Xəndanın güclü poetik istedada və yumor hissinə malik olduğunu deyib, yubilyarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Xəndanın Azərb... | ANL |
İctimai Televiziyada xalq yazıçısı Elçinin yaradıcılıq gecəsi olub. Ölkəmizin görkəmli söz-sənət adamlarının yaradıcılığını mütəmadi olaraq işıqlandırmaq, geniş tamaşaçı auditoriyası ilə ünsiyyətini təşkil etmək İctimai Televiziyada ənənə halını alıb. Yaşadığımız keçid dövrü həm də ədəbiyyatın öz bədii-estetik və ideya... | ANL |
Əminə Dilbazi – Azərbaycan rəqs sənətinin şah əsəri. Mən ömrümdə deməmişəm ki, pisəm. Mən həmişə demişəm ki, yaxşıyam. Baxmayaraq ki, heç də həmişə yaxşı olmamışam. Hər zaman hər cür təhlükədən xilas ola bilmişəm. Allahım məni hər zaman qoruyub, hifz edib. ... Əminə xanımla ilk görüşümüzdə də, sonrakı görüşlərdə də – h... | ANL |
İsa Muğannanın təbirincə söyləsək, “zaman o zaman idi ki”, mən məhləmizdən Əntiqə adlı bir qızı sevirdim. Ona yazdığım mesajların heç bir faydası olmurdu, etdiyim eşq elanlarına, yazdığım məhəbbət şeirlərinə gülüb keçirdi. Bu dövrdə soyuq bir qış axşamında televizorun qarşısına keçib kanalları vərəqləyən zaman AzTV-də ... | ANL |
İki Azərbaycan şairi: biri Şimallı, biri Cənublu. Böyük işlər görənlərin ağız-büzənləri çox olar. Rəfiq Zəka Xəndan. Ədəbiyyat öz təəssübkeşlərini sevir; ədəbiyyat fədakarlıq tələb edir. Təəssübkeş və fədakar sənət adamları böyük xəzinə yaradırlar. Bu xəzinə insanlara maddi nemətlər yox, ruhi-əxlaqi qida gətirir. Adam ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, ötən məqalələrdə ayrı-ayrı ölkələrlə təhsil sahəsində əməkdaşlıq əlaqələri barədə məlumat vermişdik. Bu məqalədən başlayaraq Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proq... | ANL |
“Mərzili kəndi və mərzililər” kitabı çapdan çıxıb. Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun və jurnalist Asif Mərzilinin “Mərzili kəndi və mərzililər” adlı kitabı işıq üzü görüb. Kitabda Azərbaycan xalqının etnogenezisində, maarifində və mədəniyyyətində önəmli yer tutan Mərzili obasının və oba camaatının yaşam yolu əksin... | ANL |
Ömrünü sözə, sənətə, ədəbiyyata həsr etmiş insanlar haqqında söz söyləməyin özünəməxsus çətinlikləri var. Bu mənada ki, bir yandan sözə bələd olan fikir sahibi haqqında söz söyləməli, o biri yandan da sözün estetik dəyərini bu müstəvidə çözməli olursan. Tanınmış tənqidçi-ədəbiyyatşünas, filologiya elmləri doktoru, prof... | ANL |
Bunu ermənilərin özləri də etiraf edirlər. Tanınmış alim, professor Azad Nəbiyevin yaradıcılığını araşdıran filologiya elmləri doktoru Ramil Əliyev bu qənaətə gəlib ki, A.Nəbiyev folklorumuzu siyasi-mənəvi problem səviyyəsində mənimsəyən ermənilərə cavab verən ilk araşdırmaçılardandır. Onun siyasi folklor sahəsindəki a... | ANL |
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq... | ANL |
Yüz ildən artıq bir dövrdə, minlərlə qurban verə-verə. azadlıq mübarizəsi aparan Güneyli bacı-qardaşlarımıza, qürur tariximizi yazanlara. nəğmə diləyən başsız bədənlər, vurulub düşdüyü yerdə. nəğmə deyən başlar yorulmaz. sizlərə ağlayan doğmalar, sizlərə qoşulan nəğmələr, ancaq sizə dəycək, toxuncaq, siz oxuduğunuzdan ... | ANL |
Ali təhsilini İngiltərədə Kembric Unversitetinin ingilis ədəbiyyatı bölümündə 1956-cı ildə tamamladı. Bir il Londonda BBC-nin türkcə bölümündə çalışdı. Müxtəlif vaxtlarda Boğaziçi, Anadolu, Mərəmə unversitetlərində dərs verdi. Radio və televizyon proqramları hazırladı. Səma Aslandan uyğulama. - Tərcümələriniz çox geniş... | ANL |
Tərcümeyi-halım. Görkəmli şair-publisist, dəyərli alim-pedaqoq, ləyaqətli ziyalı, nurlu şəxsiyyət Famil Mehdinin 75 illiyi tamam olur. Azərbaycanın XX əsrdəki ədəbi-ictimai həyatında özünəməxsus yeri olan Famil Mehdi maraqlı həyat və yaradıcılıq yolu keçib. Mərhum şairimiz işıqlı əməllərilə, hər zaman əsl vətəndaş mövq... | ANL |
Son zəng köynəyi. Aradan illər keçəcəkmiş və biz uzaq illərin arasına bir müddət sonra ÖMÜR deyəcəyikmiş... Və bir vaxt gələcəkmiş ki, nəhayətsiz dərəcədə böyüyən keçmiş özünü bizə xatırladanda bağrımızdan bir ah qopub, düz sinəmizi yardığı yerdən indiki zamana qədər öz şırımı ilə axıb bizi ağrıdacaqmış. Biz, onda hələ... | ANL |
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb. Jurnalın bu sayı tənqidçi Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin 75 illiyinə həsr etdiyi “Sənət məbədimiz” yazısı ilə açılır. Dərginin “Poeziya” bölümündə şairlərdən İslam Sadıq, Bilal Alarlı, Əlihəsən Şirvanlı, Şakir Xanhüseynli, Atif İslamzadə və Sahib As... | ANL |
Bu günlərdə “Qobustan” jurnalının yeni sayı çap olunub. Jurnalın üz qabığında rəssam Səttar Bəhlulzadənin “Çiçəklənən düzənlik” əsəri öz əksini tapıb. Dərginin məşhur sənətkar Səttar Bəhlulzadəyə həsr olunmuş bu sayı rəssamın 100 illiyilə bağlı “Ön söz”lə açılır. “Səttar Bəhlulzadə sənəti haqqında” yazısı rəssamın öz d... | ANL |
“Xudu Məmmədov adına mükafat aldığım üçün böyük qürur hissi keçirirəm”. Görkəmli alim, İstanbulun Yeditəpə Universitetinin professoru Kamil Vəli Nərimanoğlu qış tətili ilə əlaqədar Bakıdadır. Bu günlərdə o, “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən Xudu Məmmədov adına Beynəlxalq Mükafata layiq görülüb. Professorla söh... | ANL |
Məktəbdə bir müəllimimiz vardı. Həmişə deyərdi: “Bir iş görəndə yaxşı-yaxşı fikirləşin ki, iş-işdən keçdikdən sonra əsla peşman olmayasınız.” Gözəl nəsihətdir. Amma hansımız indiyə qədər gözəl öyüdlərə, nəsihətlərə qulaq asmışıq ki? Hansımız bilə-bilə peşmançılıq yaşamışıq ki? Bir neçə il öncə kəndə getmişdim. Bir həft... | ANL |
Ruh, can və yenidən bədənlənmə. Türkcəmizdə vətəndaşlıq haqqı qazanmış “ruh” sözcüyünün Müqəddəs Oxuda fərqli mənası var. Biz isən bunları birləşdirib ümumilikdə hər ikisinə “ruh” deyirik. Ayələrin birində belə bir ifadə keçir: “Və səndən Ruh barədə soruşarlar. Ayədə ifadə olunan hikmətdən ilk qavrayışda bunu tutmaq ol... | ANL |
Ziyarətiniz qəbul olunsun. Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində. Günümüzün gəncliyi gündəlik qayğılarla yüklənən, gerçək və bəzən də uydurma problemlərin məngənəsində sıxılan cəmiyyətin bir hissəsidir. Görünür, elə bu səbəbdən də hazırkı gəncliyin milli-mədəni dəyərlərin, maddi mədəniyyət nümunələrimizin ... | ANL |
Qarşıdan yeni il gəlir. Üzümüzə gələn il bizə nə verəcək, bizdən nə alacaqbunudeyə bilmərəm. Amma onu deyə bilərəm ki, hər gələn il tarixin hüznlü günlərindən və əlamətdar hadisələrindən bizi rəqəmlə uzaqlaşdırsa da, 20 yanvar, Xocalı dəhşətləri, torpaqlarımızın müvəqqəti işğalı və onun fəsadları bizim qəm yaddaşımızı ... | ANL |
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış. Hörmətli oxucular, bu məqalədə Təhsil Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə təhsil sahəsində əlaqələri, həyata keçirilən birgə layihə və proqramlar barədə fikirlərimi sizinlə bölüşəcəyəm. UNESCO BM... | ANL |
"Xalqın dilinin saflığı onun mənəviyyatı ilə birbaşa bağlıdır". MÜSAHİBİMİZ "AZƏRBAYCANDA XARİCİ DİLLƏR" JURNALININ TƏSİSÇİSİ VƏ BAŞ REDAKTORU, FİLOLOGİYA ELMLƏRİ DOKTORU, PROFESSOR FƏXRƏDDİN VEYSƏLLİDİR. 1965-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildə Sankt-Peterburq Uni... | ANL |
Son günlər bəzi mətbuat orqanlarında islami dəyərlərə, o cümlədən, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı aparılan kampaniya ölkə ziyalıları və din adamları tərəfindən haqlı narazılıqla qarşılanıb. Onlar bu şər və böhtan kampaniyasının yalnız şeyxə deyil, bütün Azərbaycan xalqına qarşı yönəldiyi fikrində... | ANL |
"Azərbaycana siyasi məhbus problemi üzrə məruzəçinin təyin edilməsi məsələsi söz olaraq qalacaq". GÜLTƏKİN HACIBƏYLİ: "MƏRUZƏÇİ O ZAMAN TƏYİN OLUNA BİLƏR Kİ, ORTADA REAL FAKT OLSUN, BU GÜN İSƏ AZƏRBAYCANDA BUNA ZƏMİN YOXDUR". MÜSAHİBİMİZ MİLLİ MƏCLİSİN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ PARLAMENTLƏRARASI ƏLAQƏLƏR DAİMİ KOMİSSİ... | ANL |
Musiqi ənənələrimizə sadiqlik. Muğam bizim fəlsəfəmizdir desək, yanılmarıq. Əsrlərdən bəri xalqın sevinci ilə yanaşı onun kədəri, dərd - bəlaları da məhz muğam sayəsində gələcək nəsillərə ötürülmüşdür. Təkcə Xan Şuşinskinin oxuduğu nəğmədə - "Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı" deməsiylə yadel... | ANL |
"Rüstəm İbrahimbəyov fenomeni çağdaş sənətimizin və həyatımızın unikal hadisəsidir". Ötən gün Yazıçılar Birliyində (AYB) xalq yazıçısı Rüstəm İbrahimbəyovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri açan AYB sədri, xalq yazıçısı Anar onun bədii yaradıcılığından danışaraq əsərlərinin əhəmiyyətini önə çə... | ANL |
Ramil Həsənov: "YAP Gənclər Birliyinin qarşıdakı aylar üçün zəngin fəaliyyət proqramı var". Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi sıralarında 180 mindən çox gənci birləşdirən bir qurum kimi, ölkənin ən böyük gənclər təşkilatıdır. Fəaliyyətə başladığı gündən təşkilat bir sıra maraqlı tədbirlər, kurs, treninq v... | ANL |
Prezident İlham Əliyev daha bir tarixi ədaləti bərpa etdi. Xəbəri oxuyub bu tarixi ədalətin bərpasını gözlərimlə görmək üçün Sahil bağına getdim. Münasib yer seçdim. Səbayel rayon icra hakimiyyətinin qarşısında dayanıb ağır texnikanın necə çətinliklə abidənin qol-qanadını sındırdığına tamaşa etməyə başladım. Diqqətimi ... | ANL |
Rüstəm İbrahimbəyov: "Öz məhəlləndə ad çıxarmaq asandır". "ELƏ YAZIÇILAR VAR Kİ, İNKİŞAF EDƏRƏK SƏNƏT MƏNASINDA İLDƏN-İLƏ BÖYÜYÜRLƏR. MƏNİM İSƏ BELƏ BİR XÜSUSİYYƏTİM YOXDUR, NECƏ YAZIRDIM, ELƏ DƏ YAZIRAM". Dünya şöhrətli həmyerlimiz, tanınmış ssenarist, rejissor və dramaturq Rüstəm İbrahimbəyovla onun yaratdığı "İbrus"... | ANL |
Görüntülü dilçilik və türkoloji. Dünyanın mənzərəsini, şəklini və bu şəklin altındakı məzmunu, mənanı elm öz yolu və metodları ilə, sənət də özünəməxsus vasitə və üsullarla təqdim edir. Elmin və sənətin kəsişdiyi sahələrdə bu universal bilgi, ortaqlıq, həmhüdudluq özünü qabarıq şəkildə göstərir. İşarələr və rənglər xal... | ANL |
Ölü qoxusu nə gözəl olarmış, Tanrım! Bütün uşaqlığım onunla sıx təmasda keçmişdi. Məni Kürən atının tərkinə alıb, Qafqazın bütün dağlarını, yamaclarını gəzdirərdi. Hətta ov etdiyi zaman belə qucağında nəfəsimi içimə çəkib oturardım. Çox ucaboyluydu, sarışın idi, masmavi gözləri vardı atamın. Uşaq anasının südünün qoxus... | ANL |
Bu gün, ədəbi dəyərlərin qəsdli şəkildə, yoxsa, zamanın hansısa məkrli tələbinə uyğun surətdə itirildiyi, "yazıçı" anlayışının, öz xırda maddi ehtiyaclarının ödənilməsi naminə istənilən şəklə düşə bilən "miskin şairlər ordusu" səviyyəsinə endirildiyi bir dövrdə, şəxsiyyət bütövlüyü, yüksək yazıçı amalı, ali vətəndaşlıq... | ANL |
Nə gürcü dilindəki əslində, nə Azərbaycan dilindəki tərcüməsində. Bu şeiri yazmış Simon Çikovanini bizimkilərin tanıması bir yana qalsın, tərcüməçi İsmayıl Soltandan da çoxları bixəbərdir. Bəlkə Badisəba xanımın yadigar kağızları arasında bir köhnə qəzet səhifəsində rast gəlməsəydim, heç mən də haçansa belə bir şeirin ... | ANL |
Tarix problemlərimizə metodoloji baxış. Dövlət müstəqilliyinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkəmizdə tarix sahəsində tədqiqatların aparılmasında uğurlar qazanılıb. Dəyərli əsərlər yazılıb. Məhdud sayda olsa da, alimlərimiz xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Amma tariximizə da... | ANL |
Təhsil qanunu: Uzun illərin həsrəti. Birinci məqaləmlə bağlı mənə xeyli müraciətlər olub, Təhsil haqqında qanun barədə səmərəli dialoqlar alınıb, bəzi tənqidi fikirlər və növbəti yazılarıma dair təkliflər də səslənib. Əksər həmsöhbətlərim hazırki qanun layihəsinin çərçivə qanunu kimi və sonradan təhsil sahələri, istiqa... | ANL |
Fuad Muradov: "Korrupsiyaya qarşı mübarizə bir neçə qanunu qəbul etməklə həyata keçirilə bilməz". "525"İN MÜXBİRİNİN SUALLARINA MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI DAİMİ KOMİSSİYASININ ÜZVÜ, GƏNCLƏR TƏŞKİLATLARI MİLLİ ŞURASININ SƏDRİ FUAD MURADOV CAVAB VERİR. - Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində dövlət səviyyəsi... | ANL |
KİTABI HAQQINDA DÜŞÜNCƏLƏR. Yaxşı bir şeir oxuyanda adam bütün dərd-sərini unudur. Şair Ənvər Əhmədin "Vektor" nəşrlər evində araya-ərsəyə gətirilən "Salam, ay anası ölmüş oğullar" adlı kitabı oxucunu başqa bir aləmə aparmağa qadir gerçək bir yaradıcılıq nümunəsidir. İnsan nə vaxt sözün sehrinə düşür, şeirin qeyri-adi ... | ANL |
İncəsənət Muzeyinə Üzeyir Hacıbəyli ilə bağlı kitablar təqdim olunub. MUZEYƏ HƏDİYYƏ VERİLƏN KİTABLARI HEYDƏR ƏLİYEV FONDU NƏŞR ETDİRİB. Bu günlərdə R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin kitabxanasına Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş yeni kitablar hədiyyə verilib. Altı nəşrdən ibarət kitab... | ANL |
Böyük alim və böyük vətəndaş. Son iki ilə yaxınını isə mənəvi cəhətdən yaşayır və bu gün də yaşamaqda davam edir. Ona görə davam edir deyirəm, böyük əməl sahibi olan alimin mənəvi ömrü onun fiziki mövcudluğundan həmişə uzun olur. Tofiq Köçərli belə böyük alimlərdən idi və yalnız əsərləri ilə deyil faydalı ictimai fəali... | ANL |
Elmira Axundova: "Azərbaycanda ikinci İctimai Televiziyanın və yaxud parlament telekanalının yaradılmasına ehtiyac var". OQTAY ƏSƏDOV: "ELMİRA XANIM, SİZİN TƏKLİFİNİZ MƏHZ SPİKERİN TELEKANAL AÇMAQ İSTƏYİNİN OLDUĞU ANLAMINI VERİR". Dünən Milli Məclisin (MM) yaz sessiyasının ikinci iclası keçirilib. Gündəliyə 4 məsələ da... | ANL |
13 faiz insanın dünyaya övlad gətirə bilməməsi bizi düşündürməlidir". - Hadi müəllim, məlum olduğu kimi, yaz sessiyasının gündəliyinə daxil olan qanun layihələri arasında ətrafında böyük hay-küy yaranan, müzakirəsi birinci oxunuşda yarımçıq saxlanılan "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" qanun layi... | ANL |
Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi keçirilib. Muzey Mərkəzində görkəmli bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığına həsr edilmiş fotosərgi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Film Fondu və Dövlət Foto-Kino Sənədləri Arxivinin təşkilatçılığı ilə keçirilən tədbirdə T. Qu... | ANL |
Azərbaycan televiziyası: dünən, bu gün. Azərbaycan televiziyası xalqın ruhi, milli-mənəvi səfərbərliyində misilsiz rol oynayan Novruz şənliklərinin, eləcə də istiqlalçı təfəkkürlə yoğrulan bir sıra uğurlu sənət əsərlərinin təqdim və təbliğində cəsarətli söz deyirdi. Bunlar Azərbaycan televiziyasında hazırlanan və indi ... | ANL |
"ERMƏNİSTAN MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK İSTƏSƏ, BUNUN ÜÇÜN LAZIMİ ŞƏRAİT YARADILACAQ". Azərbaycan müsabiqəyə ev sahibliyi etmək üçün keçirilən tenderin qalibi olub. Bu barədə dünən Gənclər və İdman Nazirliyində İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) sədri İsmayıl Ömərov, "Eurovision-2009" rəqs müsabiqəsi... | ANL |
“Özümüzü kəsən qılınc"ın Türkiyə təntənəsi. TÜRKİYƏLİ TAMAŞAÇILAR BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINA BÖYÜK RƏĞBƏTLƏ YANAŞIBLAR. Xəbər verildiyi kimi, Azərbaycan Akademik Milli Dram Teatrı bu günlərdə Türkiyədə qastrol səfərində olub. Teatr türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası... | ANL |
Qadın, gözəllik və incəsənət" adlı fotomüsabiqə elan olunub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Fotoqraflar Birliyinin təşkilati dəstəyilə gənclər arasında 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunan "Qadın, gözəllik və incəsənət" fotomüsabiqəsinə start verilib. Nazirliyin mətbuat xidmətindən verilən məlum... | ANL |
Nə yaxşı xatirələr var, xatirəyə dönən günlər, aylar, dəqiqələr var. Nə yaxşı alınlara yazılan yazılar kimi, yaddaşlara yazılan hadisələr, görüşlər, söhbətlər, döngələr, dönümlər var. Bəlkə dünya ona görə bu qədər şirindir ki, həmişə dünənə, keçmişə, tarixə, müqəddəs dayaqlara, sarsılmaz qaynaqlara söykənə-söykənə irəl... | ANL |
Dünyanın ən gözəl təsiri. Xəbər verdiyimiz kimi, tanınmış şair və tərcüməçi Səlim Babullaoğlu görkəmli Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin 80 illik yubileyinə həsr olunmuş Kiyev Beynəlxalq Teatr və Ədəbiyyat Festivalından qayıdıb. S.Babullaoğlunun həmin tədbirdəki çıxışını oxucuların diq... | ANL |
Bayaqdan qələmi əlimdə oynatsam da, yazıya girişə bilmirəm. Canımda hey yoxdur, ərincək olmuşam. Dünən də çox vurnuxdum, ortaya bir şey çıxmadı. Özümü yumşaldıb yola gətirməkdən ötrü dodaqaltı mızıldana-mızıldana vərəqin qırağında yazdığım ilan-qurbağa cızmaqaranı höccələyirəm: "Dadaş, belə olmaz axı, yanın yerdə tikiş... | ANL |
Niyə qorxum kəfənindən? Nə gördüm Beşiyindən, bələyindən dünyanın? Azərbaycan poetik dünyasının böyük şairi, mənəvi xəritəmizə əbədi həkk olunan Bəxtiyar Vahabzadə sözü zaman və məkan çərçivələrini aşaraq, nəsillərdən nəsillərə keçəcək. Bütün ömrünü millətinin yolunda şam kimi əridən, xalqının ən ağır günlərində onun v... | ANL |
Dillər Universitetində xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. Dünən Dillər Universitetinin İnformasiya Resurs Kompleksinin Amerika Mərkəzində məşhur detektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş olub. Görüşdə tələbələr, mütəxəssislər, müəllimlər, elmi işçilər və məktəblilər iştirak ... | ANL |
"Səmanın göz yaşları" təqdim olundu. Dünən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) "Avrasiya press" nəşriyyatında Bakı Dövlət Universitetinin tələbəsi Ülkər Aslanovanın rus dilində çap olunan "Səmanın göz yaşları" kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə BAMF-ın sədri Umud Rəhimoğlu açaraq, müəllifin i... | ANL |
Mənim babam Redaktor idi. Azərbaycan ədəbiyyatının altmışıncılar nəslinə mənsub yazıçı-dramaturq, Azərbaycan mətbuatı və jurnalistikasının görkəmli nümayəndəsi Şamil Xurşud Fərzəliyev çox şərəfli, özünəməxsus, heç kəsə bənzəməyən bir yaradıcılıq və ömür yolu keçib. Xalq yazıçısı Əli Vəliyev Şamil Fərzəliyev haqqında ya... | ANL |
Azərbaycan mətbuat tarixində ilk analitik kino jurnalı olan "Fokus"un 3-cü sayı çapdan çıxıb. Bu sayda müasir Türkiyə kinosu haqqında bir sıra məqalələr çap olunub. Məsul redaktor Sevda Sultanovanın sözlərinə görə, bir çox xüsusiyyətlərinə görə müasir Türkiyə kinosu Azərbaycan kinematoqrafına nümunə ola bilər. Ən azı k... | ANL |
"Cəmiyyətə sağlam düşüncə hakim olsa, insan öz yolunu azmaz". MÜSLÜM ƏLİOĞLU: "DÜNYANIN İNSANİ SİFƏTƏ MALİK OLAN BİR SİYASƏTƏ EHTİYACI VAR". Son vaxtlar "Fərari" adlı romanını ərsəyə gətirmiş yazıçı və şair Müslüm Əlioğlu növbəti doğum gününü qeyd edir. Bu münasibətlə yazıçını təbrik edir və onunla müsahibəni oxucuları... | ANL |
Sevgi dolu ömür... yaxud XALQ ARTİSTİ FİRƏNGİZ ŞƏRİFOVAYA İZHARİ-MƏHƏBBƏT. Bu yazını böyük sənətkar Firəngiz Şərifovadan icazəsiz yazmışam. Bilmirəm, məni qınayacaq, ya o minbir mənalı, panoramlı baxışları ilə məzəmmət edəcək. Axı, mən öz istəkli rəfiqəmə məhəbbətimi izhar etmək məqamını nə vaxta qədər gözləməliydim?..... | ANL |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.